Dünyanın ən varlı adamları - 84-cü azərbaycanlıdır

ABŞ-ın məşhur “Bloomberg” agentliyi dünya zənginlərinin yeni reytinqini dərc edib. Reytinqdə zənginlərin sərvətlərinin ən son məbləği barədə geniş məlumat var.

Dünyanın ən zəngin azərbaycanlısı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov siyahıda 84-cü pillədə qərarlaşıb. Onun son 1 ayda sərvəti 189 milyon dollar artıb və iyunun 5-i üçün 14,6 milyard dollar təşkil edir. Rusiyanın ən vaxtlı biznesmeni ünvanını isə HLMK şirkətlər qrupunun prezidenti Vladimir Lisin alıb. O 20,2 milyard dollarla dünyada ən zəngin 45-ci iş adamıdır.

“Amazon” şirkətinin sahibi Cef Bezos 138 milyard dollarla planetin ən varlı iş adamı olub. Onun ardınca, Bill Geyts (93,8 milyard dollar) və Uorren Baffet (82,5 milyard dollar) qərarlaşıb. (Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top