Heydər Əliyev Mərkəzinin saxlanılmasına büdcədən nə qədər vəsait xərclənir?

Ötən ilin dövlət büdcəsindən "Digər kateqoriyalara aid edilməyən fəaliyyət" köməkçi bölməsi üzrə 11 təşkilat və 4 tədbir üçün 39 milyon 365,9 min manat vəsait ayrılıb. Yeniavaz.com Hesablama Palatasının Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəyinə istinadən bildirir ki, bu vəsaitin 8 milyon 5,6 min manatı və ya 20,3%-i Heydər Əliyev Mərkəzi, 5 milyon 2 min manatı və ya 12,7%-i Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, 1 milyon 690,1 min manatı və ya 4,3%-i Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, 1 milyon 468,2 min manatı və ya 3,7%-i Mədəniyyət və Turizm Nazirliyi, 976,1 min manatı və ya 2,5%-i Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, 993,1 min manatı və ya 2,5%-i Prezident yanında Gənclər Fondu, 979,6 min manatı və ya 2,5%-i Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, 20 milyon 251,2 min manatı və ya 51,5%-i digər təşkilatlar və tədbirlər üzrə xərc edilib. 2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilən məlumatlara əsasən “Qeyri-dövlət təşkilatlarına maliyyə yardımı” üzrə hesabat ilində 3 milyon 130,3 min manat, "Siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi" ilə bağlı xərclər 2 milyon 152 min manat məbləğində icra edilib.

DİGƏR XƏBƏRLƏR

Top