Azərbaycanlı alimlər: "Yeni növ ZƏLİ yetişdirmişik, XƏRÇƏNG də yetişdirəcəyik"

AMEA-nın Zoologiya İnstitutunun Mingəçevir Elmi Təcrübə stansiyasına ilk dəfə olaraq laboratoriya şəraitində steril olunan 200 ədəd “Hirudoorientalis” adlanan yeni tibb zəlisi gətirilib. Əməkdaşlar tərəfindən göllərə buraxılan zəlilərin yetişdirilməsində Lənkərandan gətirilən ana zəlilərdən istifadə olunub. Canlılara xüsusi ekoloji mühit yaratmaqla onların süni çoxaldılmasına nail olunub.

Azərbaycan Milli Elmər Akademiyasının (AMEA) Hidrobiologiya laboratoriyasının müdiri Adil Əliyev Yeniavaz.com-a bildirib ki, yeni növ zəlilər bir çox xəstəliklərin müalicə olunması, həmçinin su canlılarının azalmasının qarşısını almaq üçün yetişdirilib: “Təbii şəaritdə yaşayan zəlilər xəstəlik keçirmək gücünə malik olsa da, yeni növ canlılar steril olunduğu üçün heç bir təhlükə yaratmır”.

AMEA-nın Zoologiya İnstitutunun direktoru Elman Yusifov bildirir ki, Mingəçevir Elmi Təcrübə stansiyasında gələcəkdə zəli ilə yanaşı, xərçəng və digər canlıların yetişdirilməsi də nəzərdə tutulur.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top