Bir gündə ikinci faciə: bu dəfə Şəmkirdə 18 yaşlı oğlan suda boğuldu

Şəmkirdə 18 yaşlı oğlan suda boğulub.

Hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Süleymanov Kamil Məmməd oğlu yaradılan süni göldə çimən zaman boğulub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları meyiti sudan çıxararaq aidiyyatı üzrə təhvil verib.

(apa)

DİGƏR XƏBƏRLƏR

Top