Samuxda kanalda batan 24 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB

Samux rayonu, Əhmədbəyli kəndi ərazisində su kanalında 1994-cü il təvəllüdlü Allahverdiyev Ceyhun Zaməddin oğlunun axtarışları başa çatıb. Yeniavaz.com FHN-nin saytına istinadən xəbər verir ki, bu barədə C. Allahverdiyevin cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

***

Samux rayonunun Qarabağlar kəndi ərazisində su kanalında 1994-cü il təvəllüdlü Allahverdiyev Ceyhun Zaməddin oğlunun batdığı ehtimal olunur. Yeniavaz.com xəbər verir ki, bu barədə FHN-nin saytı məlumat yayıb.

Məlumatda deyilir: "Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Samux rayonu, Qarabağlar kəndi ərazisində su kanalında 1994-cü il təvəllüdlü Allahverdiyev Ceyhun Zaməddin oğlunun batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək".

DİGƏR XƏBƏRLƏR

Top