
Rusiyada mayın 28-dən iyunun 1-dək benzinin pərakəndə satış qiyməti təqribən 1 rubladək artıb.
Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdyi məlumata görə, 1 litr Ai-92 və Ai-95 maralı benzinlərin qiyməti müvafiq olaraq 41,7 və 44,53 rubla çatıb. Hesabat dövründə dizel yanacağının orta hesabla qiyməti 90 qəpik bahalaşaraq 1 litrə görə 44,55 rubl təşkil edib. Qeyd edək ki, son aylar Rusiyada yanacaq qiymətləri kəskin artır. Bununla əlaqədar hökumət aksizləri aşağı salmaq qərarına gəlib. Belə ki, iyunun 1-dən benzin aksizləri 1 tona görə 3 min rubl, 1 ton dizel yanacağına görə isə 2 min rubl azaldılacaq. Bundan başqa, hökumətdə benzin və dizel yanacağı üzrə ixrac rüsumlarının artırılması imkanları müzakirə edilir.
Tətbiqimizi yükləyə bilərsiniz