Azərbaycanda 2 avtomobil toqquşub, biri KANALA AŞIB - VİDEO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Yeniavaz.com saytına rayon sakinləri məlumat veriblər.

Zərdab rayon sakini, 1992-ci il təvəllüdlü Dəyanət Kərimlinin idarə etdiyi "Mercedes" markalı minik avtomobili Qalib Əsədovun idarə etdiyi minik maşınına çırpılıb.

Yüksək sürətlə hərəkətdə olan avtomobillərdən birinin sürücüsü toqquşma nəticəsində idarəetməni itirib və avtomobil aşaraq kanala düşüb.

Qəza nəticəsində ölən olmasa da, yaralananlar var.

Sakinlərin köməyi ilə kanala düşmüş avtomobil kran vasitəsi ilə çıxarılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qəza yerindən çəkilmiş videonu təqdim edirik.

qeza

DİGƏR XƏBƏRLƏR

Top