Deputatdan Hacı Şahinə sərt reaksiya: Bu İslam dini deyil - VİDEO

Millət vəkili Fazil Mustafa sosial şəbəkələrdə şiələrin əzadarlığı ilə bağlı yayılmış videoya münasibət bildirib.

Deputat “Facebook” səhifəsində paylaşdığı videonun Məhərrəmlik ayında çəkildiyi ehtimal edilir. Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli də həmin əzadarlıqda iştirak edir.

Videodan göründüyü kimi Hacı Şahin Həsənli ağlayır. Paylaşmaya şərh verən Fazil Mustafa bu hərəkətlərin İslam dini ilə heç birə əlaqəsinin olmadığını yazıb:

“Bu da azərbaycanlıların ənənəvi dini. 500 il, 300 il, 100 il öncə yaşananlarla bu gün yaşananların fərqini görməzsiniz. Bu dinin adına Azərbaycanda İslam deyirlər. Təkcə elmdə, texnologiyada, fəlsəfədə, təhsildə, səhiyyədə geridə deyilik, din əxlaqında da quyunun dibindəyik. Bu davranışı Quranla uzlaşdırın görün, bir əlaqə tapacaqsınızmı?”. (Minval.info)

video

DİGƏR XƏBƏRLƏR

Top