Türkiyədə son 15 ilin ən yüksək qiymət artımı

Türkiyədə istehlak məhsullarının qiymətləri və xidmət tarifləri may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% artıb. Yeniavaz.com Türkiyə Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici son 15 il ərzində qeydə alınan ən yüksək inflyasiya səviyyəsi hesab olunur.

Əsas xərc qrupları üzrə 2018-ci ilin mayında heç bir azalma baş verməyib. Əsas xərc qrupları arasında qiymətləri ən az artan spirtli içkilər və tütün olub. Bu məhsulların qiyməti 0,15% artıb.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə may ayında ev əşyalarəının qiyməti 16,8%, restoran və otellərdə qiymətlər 12,5%, mənzillərion qiymətləri isə 11,2% artıb.

DİGƏR XƏBƏRLƏR

Top