Bakı şəhərində orta aylıq nominal əmək haqqı 779 manat olub

Bu ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakı şəhərində işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 2 faiz artaraq 779,4 manat olub. Yeniavaz.com Bakı şəhər Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

DİGƏR XƏBƏRLƏR

Top