Balıq tutarkən silah-sursat tapdı

Mingəçevir şəhərində silahlı şəxs saxlanılıb.

Yeniavaz.com-un DİN-ə istinadən verdiyi xəbərə görə, şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Hüseynov şəhər ərazisində şübhəli şəxs qismində saxlanılıbvə Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd kustar üsulla lüləsi kəsilmiş odlu silah və əlində olan sellofan torbadakı qutunun içərisindən 357 ədəd pulemyot gülləsi və 20 ədəd 7,62 mm-lik avtomat Kalaşnikov gülləsi aşkar olunaraq götürülüb.

İlkin ifadəsində o silah-sursatı çayda balıq tutarkən oradan tapdığını və gizlətmək üçün yaşadığı evə apardığını bildirib. Faktla bağlı ŞPŞ-də araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top