Bakıda Zavod ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakının Binəqədi rayonundakı Ağac Emalı Zavodunun ərazisində (hazırda fəaliyyət göstərmir) baş vermiş yanğın söndürülüb. FHN-nin xəbər verir ki, ilkin məlumata görə, təxminən 500 m2 ərazidə işlənmiş avtomobil şinləri yanıb. Əlavə məlumat veriləcək.

17:56***

Bakıda güclü yanğın başlayıb. Hadisə Binəqədi rayonu "Dərnəgül" metrostansiyasının yaxınlığında qeydə alınıb. Yeniavaz.com-un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, ərazidə tullantı təkərlər yanır.

Əraziyə xeyli sayda yanğınsöndürənlər cəlb edilib. Hazırda yanğın davam edir.

Qeyd edək ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsi yanğın baş verən ərazinin yaxınlığında yerləşir.

video yanğın

DİGƏR XƏBƏRLƏR

Top