Türkiyədə kater batıb, 9 nəfər ölüb - FOTOLAR

Türkiyədə kater qəzaya uğrayıb. Bu barədə "NTV" xəbər verib.

İlkin məlumata görə, hadisə Antalyada, Demre sularında baş verib.

Belə ki, Avropa ökələrinə qanunsuz yolla keçmək istəyən qeyri-leqal miqrantları daşıyan kater batıb. Hadisə nəticəsində 9 miqrant həlak olub. Daha 5 nəfər isə xilas edilib.

Qəza nəticəsində 1 nəfər itkin düşüb. Onun axtarışına başlanılıb.(Report)

DİGƏR XƏBƏRLƏR

Top