Bəşər Əsəd Kim Çen Inlə görüşmək niyyətindədir

Suriya prezidenti Bəşər Əsəd KXDR-ə rəsmi səfər etmək və ölkə lideri Kim Çen In ilə görüşmək niyyətində olduğunu bildirib. TASS xəbər verir ki, bu barədə bazar ertəsi "Rodong Sinmun" qəzeti yazıb.

Bildirilir ki, Əsəd müvafiq bəyanatla mayın 30-da KXDR-in Suriyadakı yeni səfirinin etimadnaməsini qəbul edən zamanı çıxış edib.

"Mən gələcəkdə KXDR-ə səfər etmək və onun lideri Kim Çen Inla görüşmək niyyətindəyəm", - deyə qəzet prezidentin sözlərini sitat gətirib.

O həmçinin Suriya hökumətinin bundan sonra da Şimali Koreyanın siyasi kursunu dəstəkləyəcəyini bildirib.(Report)

DİGƏR XƏBƏRLƏR

Top