Şahzadə Məhəmməd bin Salmana hansı güc və səlahiyyətlər verildi?


Səudiyyə Ərəbistanında növbəti ciddi kadr və struktur dəyişikliyi baş verib. Cümə günü gecə kral Salman bin Əbdüləzizin fərmanı ilə ölkədə ilk dəfə ayrıca Mədəniyyət Nazirliyi yaradılıb. Mədəniyyət naziri postuna isə şahzadə Bədr bin Abdullah bin Məhəmməd bin Frhan əs-Səud təyin olunub.

Yeni mədəniyyət naziri buna qədər “MBC” tv kanalına rəhbərlik edib. Onun əsas işi səudiyyəli gəncləri mədəni fəaliyyətlərə təşviq etmək olacaq. Bundan başqa şahzadə Bədr bin Abdullah Ərəbistanın antik səhra şəhəri Mədain Salehdə aparılan qazıntı işlərinə rəhbərlik edir. Bu şəhər ölkənin gələcəkdə əsas tarixi turizm mərkəzi olacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında daha əvvəl Mədəniyyət Nazirliyi ayrıca qurum olmayıb, Mədəniyyət və İnformasiya Nazirliyi olub. Yeni nazirlik isə vəliəhd-şahzadə Məhəmməd bin Salmanın ölkənin turizm və islahatlar açılımına dəstək məqsədi ilə yaradılıb. Ancaq son hadisələr bununla yekunlaşmayıb.

Badr bin Abdullah ile ilgili görsel sonucu

Əmək və Sosial İnkişaf naziri Əli bin Nasir əl-Qafis vəzifədən azad edilib. Onun yerinə iş adamı Əhməd bin Süleyman ər-Rəcai təyin olunub. Yeni nazirin əsas fəaliyyəti isə gənclər arasında işsizliyin faizini azaltmaq olacaq. Nazir dəyişikliyinin məhz gənclərlə ziyasətin yenidən qurulması ilə əsaslandırılması özü maraq doğurur.

Shahzade ibn salman ile ilgili görsel sonucu

Amma dəyişiklik necə deyərlər, bununla da yekunlaşmayıb. Kralın fərmanı ilə müqəddəs məkanlar təşkilatı Məkkə və Müqəddəs məkanlar Krallıq İdarəsi təsis olunub. Müqəddəs ziyarətgahlarda daha yaxşı xidmətin təşkil olunması məqsədilə yaradılan yeni quruma vəliəhd-şahzadə Məhəmməd bin Salman rəhbərlik edəcək.

Qeyd edək ki, son dəyişikliklərdən əvvəl kral əyalət valiləri ilə görüş keçirib və bu görüşdə 1 aydan, dəha dəqiqi məlum sui-qəsd hadisəsi şayiələrinin yayıldığı 21 apreldən bu yana yox olan şahzadə Məhəmməd bin Salman da iştriak edib. Məlum qərarlarda bu görüşdən sonra verilib. Hər 3 qərar vəliəhdin son aylarda apardığı xəttin güclənməsinə xidmət edir. Ancaq ən çox diqqət çəkən isə 3-cü sərəncamdır. Məlum olduğu kimi hər il müqəddəs Məkkə və Mədinə şəhərlərini milyonlarla zəvvar ziyarət edir. Zaman-zaman bu ziyarətlərdə kütləvi ölümlər. Faciəlrə baş verir.

Ən son 2015-ci ildə bir neçə min nəfərin ölümü ilə nəticələnən izdiham və kran aşması hadisəsi baş vermişdi. Ərəbistan hökumətinin bu sahədə işi təkmilləşdirmək, problemləri aradan qaldırmaq üçün addımlar atdığı məlumdur. Sonuncu sərəncamla bu işlərə şahzadə rəhbərlik edəcək. Ancaq eyni zamanda faktiki olaraq bu şəhərlərin idarəçiliyi şahzadənin əlinə keçmiş olur. Yeri gəlmişkən, vəliəhd-şahzadə hazırda həm də Krallıq Məhkəməsinin sədri, baş nazirin müavini, müdafiə naziri, İqtisadi Fəaliyyət və İnkişaf Komissiyasının, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri kimi çox mühüm strateji postlara rəhbərlik edir.

Hər kəsə məlumdur ki, Məkkə və Mədinə şəhərləri dünya müsəlmanlarının bir nömrəli müqəddəs məkanıdır. Hər bir müsəlmanın ömründə ən azı bir dəfə (sağlıq və maddi şərtləri uyğun olarsa – K.R.) bu məkanları ziyarət etməsi vacibdir. Səudiyyə Ərəbistanı Krallığının müsəlman aləmi üzərindəki nüfuzu bu şəhərlərlə bağlıdır. Təsadüfi deyil ki, Səudiyyə kralının titulu “İki müqəddəs şəhərin xidmətçisi” adlanır. İndi isə belə məlum olur ki, Kral Salmanla birlikdə onun oğlu və vəliəhdi Məhəmməd bin Salman da “İki müqəddəs şəhərin xidmətçisidir”, özü də rəmzi deyil, praktik olaraq. Bu həm də ideoloji olaraq Məhəmməd bin Salmanı hakimiyyət olimpinin zirvəsinə aparmaq deməkdir. İndi onun kral tacı ilə arasında çox kiçik bir məsafə var. Əslində isə faktiki olaraq kralda olan bütün səlahiyyətlər həm də onda vardır. Bəlkə də çox gözlənilməz bir gündə yaşlı kral tacdan imtina edib oğlu Məhəmmədi öz yerinə təyin edəcək. O gün hər hansı bir gün ola bilər.(Yeni Müsavat)

DİGƏR XƏBƏRLƏR

Top