Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ded Xasan kimi tanınan kriminal avtoritet Aslan Usoyanın yaxın adamı İlqar Əliyevi öldürən killeri tutub.
Yeniavaz.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, cinayəti 1983-cü il təvəllüdlü Talıbxanlı Hacıbaba Tahir oğlu törədib.
Onun saxlanılması üzrə əməliyyat mayın 31-də Moskvadakı "Belıy dom" restoranında keçirilib.
Saxlanılan cinayəti törətdiyini etiraf edib.
İ. Əliyev 2012-ci ildə, A. Usoyan isə 2013-cü ildə öldürülüb.