Bakıda orta yaşlı kişi mağazadan YAĞ OĞURLADI - VİDEOSU YAYILDI

Bakının Nəsimi rayonu ərazisində oğurluq olub. Bu barədə Yeniavaz.com saytına market sahibinin yaxınlarından biri məlumat verib.

Onun sözlərinə görə, oğurluq Nəsimi rayonunda 16 nömrəli binanın 1-ci mərtəbəsində fəaliyyət göstərən marketdə baş verib.

Oğurluq edən şəxs marketdə kamera quraşdırılmasından xəbərsiz olub.

Videodan aydın olur ki, oğurluq edən şəxs kiçik soyuducuya yaxınlaşır və satıcını çaşdırmaq üçün dondurulmuş toyuq əti almaq istədiyini bildirir.

Götürdüyü toyuq ətini satıcıya verir və market işçisi çəkisini ölçmək üçün kassaya yaxınlaşır. Bu zaman soyuducudan yağı götürən oğru onu köynəyinin altında gizlədir və mağazanı tərk edir.

Mağaza əməkdaşları bu barədə oğru gedəndən sonra xəbər tutublar.

Oğrunun kimliyi məlum olmadığından hələ ki, onu tapmaq mümkün olmayıb.

Videonu təqdim edirik:

ogurluq

DİGƏR XƏBƏRLƏR

Top