Bəladan qurtuluş yolu nədir?

Bəladan qurtuluş yolu nədir?

Allaha sığınmaq insan üçün ən güvənli müdafiədir. Buyurulur ki, insanın bu dünyada dörd düşməni var: nəfs, şeytan, dünyanın aldadıcı cazibəsi və pis mühit.

Rəsulullahın hədislərinə, dualarına baxanda nələr çıxır qarşımıza: O, faydasız elmdən, boş, mənasız işlərdən, tənbəllikdən, pintilikdən, başqalarına əziyyət verməkdən Allaha sığınır və dualarında siz bunu təkrar-təkrar görə bilərsiniz. Bizi qarabaqara izləyən və toruna keçirmək üçün min bir ssenari uyduran şeytanın şərindən qurtarmağın da ən doğru yolu Allaha sığınmaqdır: “Əuzi-billahi-minəşş-şeytani-ir-rəcim”.

Şeytanın şərindən Allaha sığınıram deməkdir.

Peyğəmbərimiz bir hədisi-şəriflərində buyurur ki, siz bu cür dediyiniz zaman şeytan yanına zopa vurulmuş sıpa kimi soncuqlaya-soncuqlaya yanınızdan qaçar.

DİGƏR XƏBƏRLƏR

Top