Qaz xəttini kəsən oğrular tutuldu

Neftçala rayonunda qaz xəttini kəsərək oğurlayanlar saxlanılıb.

Yeniavaz.com-un DİN-ə istinadən verdiyi xəbərə görə, araşdırmalarla Tatarməhlə kəndi ərazisindəki qaz xəttinin 432 metrlik hissəsinin kəsilərək oğurlandığı məlum olub.

Oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Neftçala rayon sakinləri olan Tərlan Nağıyevin və Talıb Panəliyevin borunu kəsərək ayrı-ayrı sexlərə satdıqları müəyyən edilib. Kəsilmiş xəttin hissələri polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.

DİGƏR XƏBƏRLƏR

Top