"Balakəndə orta məktəbin idman zalında barama saxlanılır" - İDDİA

Balakəndə orta məktəbin idman zalında barama saxlanılır. Yeniavaz.com saytı xəbər verir ki, bununla bağlı foto və məlumat sosial şəbəkədəki "Təhsil şikayətləri" qrupunda paylaşılıb.

Məlumat üçün bildirək ki, bu qrup Azərbaycan müəllimlərini özündə birləşdirən ən böyük qrupdur, təhsillə bağlı müxtəlif sual və problemlərə, mövzulara burada aydınlıq gətirilir, Təhsil Nazirliyinin diqqətinə çatdırılır, Rayon təhsil şöbələri tərəfindən qaldırılan məsələlərə münasibət bildirilir.

Azərbaycanda orta məktəbin idman zalında barama saxlanılması barədə məlumat da məhz bu qrupda yayımlanıb. Məlumat və fotonu paylaşan istifadəçi yazır: "Salam, hörmətli müəllimlər. Şəkildə gördüyünüz idman zalı Balakənin Qaravəlli orta məktəbinə aiddir. Şəkildə gördüyünüz tut ağacları hansı məqsədlə bura yığılıb? Eyni bunun kimi hadisə Zaqatalanın Faldarlı orta məktəbinə də aiddir. Burda da idman zalı bağlanıb, tut ağacları yığılıb. Zaqatala və Balakən Rayon Təhsil Şöbəsi, bu faktlarıda təkzib edəcəksiniz?".

Elə həmin xəbərin altında Balakən Rayon Təhsil Şöbəsi tərəfindən açıqlama yayılıb və iddia edilib ki, bu foto ora aid deyil, belə bir hal olmayıb.

Ancaq hadisədən məlumatlı şəxslər orada bu fotonun zal təmizlənəndən sonra çəkildiyini iddia ediblər.

Qeyd edək ki, bundan öncə Füzulinin Haramı adlanan bölgəsində məcburi köçkünlər üçün salınan "Qayıdış" qəsəbələrindəki məktəblərin içində ipək qurdu saxlanılması barədə məlumat yayılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top