Azərbaycanlı müəllim yeni qurğu hazırlayıb - bulaq suyundan enerji alınacaq

Dağ şəraitində, çətin releyfə malik ucqar kəndlərdə sel, bulaq suyundan elektrik enerjisi almaq mümkün olacaq. Mingəçevirli müəllim bunun üçün maraqlı qurğu hazırlayıb.

Alim Məmmədovun 120 manat xərc çəkdiyi mini stansiya "Spring Energy" adlanır.

Dağlıq ərazidən quraşdırılacaq qurğunun 50-60 tonluq anbarına yerin altından çıxan sular toplanacaq.

Hündürlükdə quraşdırılan anbardan yüksək təzyiqlə çıxan su hidravlik pərin üzərinə axaraq onu işə salcaq.

Bununla da mexaniki enerjini, elektirk enerjisinə çevirmək mümkün olacaq.

Hazırda kiçik qurğudan adi su ilə 3-4 volt enerji almaq mümkündür.

Mingəçəvirdə yaşayan və Mingəçevir şəhər liseyinin fizika müəllimi Alim Məmmədov hazırladığı qurğunun patentini aldıqdan sonra onu dövlət qurumlarına təqdim edəcək.

Layihənin ərsəyə gəlməsi üçün ilkin mərhələdə 10-15 min manat vəsait lazımdır.

Mini stansiya ucqar dağ kəndlərində, yaşayış evlərini, müəssisələrin işıqlandırılması üçün nəzərdə tutulub.

Alim Məmmədovun ərsəyə gətirdiyi "Spring Energy"ə maraq böyükdür. Qurğu elmi sərgiyə də çıxarılıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top