"Uber" Türkiyədən çıxarılır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, "Uber" özəl daşıma sistemi daha ölkədə fəaliyyət göstərməyəcək. Türkiyə lideri bu bəyanatla İstanbulda iftar zamanı çıxış edib. "Bizim öz şəxsi taksi sistemimiz var, biz özəl taksi sisteminin Türkiyə taksiçilərinin biznesini korlamasına imkan verə bilmərik. "Uber"in biznesi başa çatdı, biz "Uber"lə bağlı özümüz qərar qəbul edəcəyik", - deyə nəşr prezidentin sözlərini sitat gətirib. "Uber" Türkiyədə bir neçə il əvvəl fəaliyyətə başlayıb. (report)

DİGƏR XƏBƏRLƏR

Top