Bakıda gənc qızı vuran maşının sürücüsü hadisə yerindən qaçıb

Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1-ci Mədən qəsəbəsində yolu keçmək istəyən 2001-ci il təvəllüdlü Məmmədova Aysun Rəşad qızını "Lada Qrand" markalı avtomobil vurub.

Piyadanı vuran maşın daha sonra idarəetmədən çıxaraq yol kənarında dayanmış "Mercedes" markalı taksiyə çırpılıb. "Lada"nın sürücüsü avtomobildən düşərək ərazidən uzaqlaşıb. Yaralı təcili yardımla 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top