Cəlilabadda yük maşını mikroavtobusla toqquşub: 1 ölü, 6 yaralı VİDEO

Ötən gün axşam saatlarında Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol qəzası nəticəsində yaralıların sayı 6 nəfərə çatıb.

Onlardan ikisi Cəlilabad, digər 4-ü isə Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.

Qəza nəticəsində xəsarət alan Masallı rayon Bədəlan kənd sakinləri - 1995-ci il təvəllüdlü Səmədova Gülər Nadir qızı və 2017-ci il təvəllüdlü Səmədov Məhəmməd Afiq oğlu, həmçinin Masallı rayon Kolatan kənd sakinləri - 2003-cü il təvəllüdlü i Quliyev Akşin Ehtiram oğlu və 1998-ci il təvəllüdlü Əbülfəzzadə Şəfa Qasım qızı Masallı xəstəxanasına, 1987-ci il təvəllüdlü Cabbarova Günəş, eyni zamanda azyaşlı Sadıqova Səbiyyə Şəmşad qızı isə Cəlilabad xəstəxanasına çatdırılıb.

Masallıya aparılan yaralıların vəziyyətləri orta-ağırdır.

Ölən şəxs mikroavtobusun sürücüsü, Masallı rayon sakini Dadaşov İbrahim Dadaşbala oğludur. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

00.37

Ötən gün axşam saatlarında Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol qəzası olub.

İlkin məlumata görə, hadisə "Shacman" markalı yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına biri azyaşlı olmaqla 2 yaralı, morqa isə 1 meyit gətirilib. Yaralıların bir qisminin isə Masallı rayon xəstəxanasına aparıldığı bildirilir. Ölənlərin sayının artma ehtimalı var.

Faktla bağlı araşdırma aparılır. (Report)

Qəza

DİGƏR XƏBƏRLƏR

Top