“Bu sistem dağılmasa yerimdən tərpənən deyiləm...”

Gürcüstanda ötən gündən başlayan etiraz hərəkatının faktiki lideri, ötən ilin sonlarında yeniyetmə oğlu Tiflisdə məktəblilərin “razborkası”ında bıçaqlanaraq öldürülən Zaza Saralidze parlamentin qarşısında çıxış edərək baş nazir Georgi Kvirikaşvilinin və bütün hökumətin istefa verməsini tələb edib.

Parlament binası qarşısında minlərlə etirazçı toplaşıb, onların əksəriyyəti gənclərdir. Nümayişçilər habelə Tiflisin mərkəzi Rustavi prospektini bağlayıb. Mitinqdə siyasətçilər də iştirak edir, amma aksiyaları siyasiləşdirməmək üçün onlara çıxış etməyə icazə vermirlər. Mitinqdə ancaq övladları öldürülən valideyinlərin halına acıyanlar, habelə yaxınlarını itirənlər çıxış edir, onlar prokurorluğu korrupsiyalaşmaqda və cinayət işinin istintaqını düzgün aparmamaqda ittiham edirlər.

“Şəxsən mən bu hökumətin istefasını tələb edirəm, çünki onlar mənim qəlbimə tüpürüblər...Qoy Kvirikaşvili dərhal çıxsın və istefa bəyənatı versin. Və təkcə Kvirikaşvili deyil, onun seçdiyi hökumət də. Bu sistem dağılmasa mən yerimdən tərpənən deyiləm”, - Saralidze bildirib. (Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top