ABŞ-ın hərbi əməliyyatları 500 dinc sakinin həyatına son qoyub

ABŞ-ın 2017-ci ildə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində təxminən 500 dinc sakin həlak olub. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun məruzəsində deyilir. Sənədə əsasən, 2017-ci ildə təqribən 499 dinc sakinin öldürülməsi və 196-nın xəsarət alması barədə etibarlı informasiya mövcuddur. Bu, ABŞ-ın Suriya, İraq, Əfqanıstan və Yəməndə İŞİD terror qruplaşmasına, “Taliban” radikal hərəkatına və “Əl-Qaidə” terror təşkilatına qarşı keçirdiyi hərbi əməliyyatlarda baş verib.

DİGƏR XƏBƏRLƏR

Top