Tbilisidə aksiyalar davam edir: prospekt bağlandı

Tbilisidə öldürülmüş məktəblilərdən birinin atasına dəstək aksiyasının iştirakçıları Rustaveli prospektində yolun hərəkət hissəsini bağlayıblar. Yeniavaz.com-un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, etiraz aksiyasına xeyli sayda gənc, eləcə də siyasətçi qoşulub. Aksiyanı siyasiləşdirməmək üçün siyasətçilərə söz verilmir. Orada ancaq öldürülən yeniyetmələrin ailələri ilə həmrəy olanlar, habelə doğmalarını itirənlər və prokurorluğu işləri qeyri-obyektiv araşdırmaqda ittiham edənlər çıxış edirlər. Xatırladaq ki, məhkəmə 16 yaşlı məktəblilərəin qətlinə görə saxlanılan hər iki şəxsin günahkar olmadığına dair qərar verdikdən sonra ötən gün Tbilsidə etiraz aksiyası başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top