Mingəçevirli 2 qat dünya və Avropa çempionu yenə birinci oldu

AAAF Park Yaşayış Kompleksinin yarış zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan pauerliftinq, benç-press və dedlift üzrə beynəlxalq turnir keçirilib.

Turnirdə Mingəçevirdən olan Fövqəladə Hallar Nazirliyinin Əməkdaşı Rövşən Xəlilov, Elxan Muxtarlı və Daxili İşlər Nazirliyinin əməkdaşı Yasin Abdullay də iştirak edib. Rövşən Xəlilov bütün rəqiblərindən güclü olduğunu bir daha sübüt edərək, 1-ci yerə layiq görülüb. Onu da qeyd edək ki, Rövşən dəfərlə Azərbaycan Çempionu, Azərbaycan rekordçusu və 2 qat dünya, Avropa çempionudur. Daha sonra Elxan Muxtarlı yarışda çıxış edərək, 3-cu yerdə qərarlaşıb. Yasin Abdullayev isə yarışı 2-ci pillədə başa vurub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top