“İran qazı Ermənistanda rus qazı ilə rəqabət apara bilməz”

Ermənistana tədarük edilən İran qazı hazırda Rusiya qazı ilə rəqabət apara bilməz. Yeniavaz.com-un Ernənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu enerji təhlükəsizliyi sahəsində ekspert Vaqe Davtyan deyib. Onun sözlərinə görə, İran tərəfi son bir neçə ildə Ermənistana qazın münasib qiymətini təklif etməyib: “Nazir bəyan edib ki, sərhəddə İran qazı 165 dollaradır”. Daha əvvəl Ermənistanın enerji infrastrukturu və təbii sərvətlər naziri Artuq Qriqoryan bildirmişdi ki, İran qazı Ermənistana Rusiya qazından 10 faiz baha başa gələcək. V. Davtyan qeyd edib ki, Ermənistan qazını Rusiyadan 150 dollara alır, rəqabət imkanlarını təkcə kommersiya təklifindən çıxış edərək qiymətləndirmək olmaz: “İnfrastrukturun idarə edilməsi də böyük önəm daşıyır. İran-Ermənistan qaz kəməri “Qazprom”a məxsusdur”.Araşdırma göstərir ki, Rusiya qazının keyfiyyəti yüksəkdir. İran yanacağının kaloriliyi 25-30 faiz aşağıdır.

DİGƏR XƏBƏRLƏR

Top