Rusiyanın İrkutsk şəhərində ticarət mərkəzlərindən birində yanğın baş verib. Rusiya KİV xəbər verir ki, otaqlardan birində uşaqlar üçün kimyəvi təcrübə nümayişi olub. Bu zaman zəhərli qazların bir-biri ilə reaksiya girməsi nəticəsində partlayış olub və ön cərgədə oturan yaşı 8-11 arasında dəyişən 8 uşaq yanıq xəsartələri alıb.
Onların bəzilərinin 40%-ə qədər yandıqları bildirilir. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaqların müalicə aparılır.(Modern.az)