Poroşenkonun korteci yeniyetməni vurub

Ukrayna prezidenti Petro Poroşenkonun kortecinin avtomobili Kiyevdə nizamlanmayan piyada keçidində velosiped sürən yeniyetməni vurub.

Zərərçəkən xəstəxanaya yerləşdirilib.

13 yaşlı yeniyetməyə qapalı kəllə-beyin travması və ayaqların sınığı diaqnozu qoyulub. Öz növbəsində Ukrayna prezidenti administrasiyasından bildiriblər ki, avtomobil prezidentin kortecinə məxsus deyil.

Digər mənbə isə mətbu orqanlara bildirib ki, bu, əvvəl Poroşenkonun özünün getdiyi kortecin ön avtomobili olub. (Report)

DİGƏR XƏBƏRLƏR

Top