Avropadan ABŞ-a SƏRT CAVAB

Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Avropadan alüminium və polad idxalına görə rüsum tətbiq etməsinin qanunsuz olduğunu bildirib.

Bu barədə BFMTV məlumat yayıb.

Makron ABŞ prezidentinin bu addımla səhvə yol verdiyini söyləyib.

Almaniyanın Xarici işlər nazirliyi də bu mövqeni bölüşür.

“Amerikalıların birtərəfli ölçüsü bu nöqteyi-nəzərdən qanuna ziddir”, -deyə qurumun bəyanatında deyilir.

Avropa İttifaqı rəhbəri Jan-Klod Yunker isə ABŞ-ın bu qərarına qarşılıqlı cavabın veriləcəyini bildirib.

“Aİ ABŞ-ın birtərəfli qaydada tətbiq etdiyi tarifləri əsassız və Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu hesab edir. Bu açıq-aydın proteksionizmdir”, - deyə Yunker qeyd edib.

Britaniya rəhbərliyi də idxal rüsumuna görə ən yaxın müttəfiqindən incik düşüb. Böyük Britaniyanın beynəlxalq ticarət üzrə naziri Liam Foks “əks-tədbirlərin görüləcəyini və Vaşinqtondan Ümumdünya Ticarət Təşkilatına şikayət edəcəklərini” diqqətə çatdırıb.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top