Dövlət Departamentinin rəsmisi Bakıya gəldi, Prezident, Baş nazir və müxalifətlə GÖRÜŞDÜ

ABŞ-ın Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisinin müavini Bricet Brink mayın 31-ri Bakıya rəsmi səfər edərək Prezident İlham Əliyev, Baş Nazir Novruz Məmmədov, xarici işlər nazirinin müavini Araz Əzimov, və Azərbaycanın siyasi müxalifəti ilə görüşlər keçirib.

Bu haqda ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, Brink Prezident Əliyevi və Azərbaycan xalqını dünyanın ilk müsəlman parlament ölkəsi olan Azərbaycan Demokratik Respublikasının yaradılmasının yüzillik ildönümü münasibətilə təbrik edib.

Onlar Əfqanıstan və terrorçuluğa qarşı mübarizədə daxil olmaqla təhlükəsizlik sahəsində paylaşmış maraqları müzakirə ediblər.

Brink Birləşmiş Ştatların Azərbaycanla ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə dair marağını bildirərək 25-ci Xəzər Neft və Qaz Sərgisinin və Shahdəniz 2 yatağından qaz təchizatının başlanmasının vacibliyini vurğulayıb.

Brink sözügedən tədbirlərin Avropada enerji təhlükəsizliyinə töhfə verən Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasında oynadığı mühüm rolu qeyd edib.

Rəsmi görüşlər zamanı Dövlət Katibinin Köməkçisinin Müavini Brink həmçinin toplaşma azadlığı, qanun aliliyi, və korrupsiyaya qarşı mübarizədə daxil olmaqla fundamental azadlıqlara hörmət ilə yanaşmanın həm Azərbaycanın biznes mühiti həm də ikitərəfli tərəfdaşlıq üçün vacib olduğunu vurğulayıb.

(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top