Yasamalda yanğın baş verib, 37 nəfər təxliyə olunub

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 108 m2 olan 2 otaqlı mənzilin mətbəxində mebel 6 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd məişət avadanlığı əriyib. Hadisə zamanı 37 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top