Teleaparıcı: "Hər kəsdən bir xahişim var" - FOTO

İTV-nin aparıcısı Saleh Bağırovun avtomobilinin qarət edilməsi barədə məlumat verib.

Yeniavaz.com xəbər verir ki, o bu haqda sosial şəbəkədə yazıb: “Günün günorta çağı Şərifzadə 241 ünvanında magistral yolun kənarında maşınıma basqın edilmiş, salon pis vəziyyətə salınmış və mənə aid olan qara rəngli əl çantası və şəxsi əşyalarım (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və texpasport, xidməti vəsiqələrim, pul və .s) oğurlanmışdır. Anında polisə müraciət etdim. Yasamal rayonu 29-cu PB-nin əməliyyat qrupu çox çəkmədən hadisə yerinə gəldilər. Bu bölmənin hər bir əməkdaşına dərin təşəkkürümü bildirirəm. Çox operativ, məsuliyyətlə işə yanaşdılar. Apardıqları əməliyyat nəticəsində 2 saatın içində hadisəni törədən şəxs yaxalanaraq tutuldu. Cəzasına çatacaq bu adam. Amma çantam və sənədlərim hələ də axtarışdadır. Tapılmır. Oğrunun boynuna aldığı, dediyi yerlərdə də əməliyyat aparılır, amma heç bir xəbər yoxdur. Hər kəsdən bir xahişim var. Təsadüf nəticəsində mənə aid sənədlər birdən sizin, tanıdığınız insanların rastına çıxarsa lütfən əlaqə saxlayıb sənədlərimin mənə qaytarılmasında köməkçi olun. Allah qorusun bu cür xətalardan hər birimizi. Əfsus ki, bu cür hadisələrin sayı artıb. Son dərəcə diqqətli olmağa çağırıram”.

Qeyd edək ki, hadisə ilə bağlı məlumatı DİN yaymışdı.

DİGƏR XƏBƏRLƏR

Top