Türkiyə parlamentinin deputatı Paşinyanla görüşəcək

Erməni əsilli Türkiyə Parlamentinin Kürd Demokratik partiyasının deputatı Karo Paylyan Ermənistana səfər edəcək.

Bu barədə deputat “Akunq.net” erməni saytına verdiyi müsahibədə bildirib.

Deputat səfər zamanı hazır ki baş nazir Nikol Paşinyanla görüşmək niyyətindədir.

O bundan əvvəlki səfəri zamanı Ermənistan Parlamentinin “Çıxış” bloku ilə görüşlər keçirib. Paylyan bu vaxt hazır ki baş nazir Nikol Paşinyanla da görüşüb.

“Türkiyədəki seçkilərdən dərhal sonra mən Ermənistana səfər edib Nikol Paşinyanla üz-üzə görüşməyi planlaşdırıram” – Paylyan bildirib. (Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top