Paşinyan Azərbaycanla danışıqlara hazırlaşır

Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan İlham Əliyev-Nikol Paşinyan görüşününü keçirilməsindən danışıb.

“Armeniya” telekanalına danışan nazir görüşün yaxın həftələr ərzində baş tuta biləcəyini deyib.

“Mən bu prosesdə rol oynayan bir sıra rəsmi şəxslərlə telefon danışığı aparmışam. Bu ünsiyyət davam edəcək. Birbaşa danışıqlar lazım olan məqama çatan zaman olacaq. Mən yaxın aylardan yox, həftələrdən danışıram”.

Mnatsakanyan Naxçıvan isitqamətində Azərbaycan ordusunun mövqelərini irəli çəkməsinə də toxunub. Onun sözlərinə görə, sülh danışıqlarına mane olacaq istənilən addım qəbuledilməzdir. (Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top