Salah dünya çempionatında çıxış edəcək - RƏSMİ

“Liverpul” klubunun misirli futbolçusu Məhəmməd Salah DÇ-2018-ci ilin qrup mərhələsində keçiriləcək matçlarda çıxış edə biləcək.

Bu haqda Misir futbol assosiasiyasının rəhbəri Hani Əbu Ridə açıqlama verib.

Ridənin sözlərinə görə, 25 yaşlı futbolçu ola bilsin iyunun 15-də Uruqvay millisinə qarşı matçda ilk matçı buraxsın. Ancaq ev sahibləri (Rusiya) ilə Sankt-Peterburqdakı matça yüz faiz hazır olacaq.

Xatırladaq ki, Məhəmməd Salah Çempionlar Liqasının final matçında “Real”ın müdafiəçisi Serxio Ramosla top uğrunda mübarizə zamanı çiynindən ağır xəsarət almışdı. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top