Poroşenko rusiyalı jurnalisti qorumağı tapşırdı

Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalı jurnalist Arkadiy Babçenko və ailəsinin qorunması üçün evinə mühafizə dəstəsi göndərib.

Bu barədə Ukrayna lideri öz “Twitter” səhifəsində yazıb.

Ötən gün Kremlin kəskin tənqidçilərindən sayılan Babçenkonun sui-qəsd nəticəsində öldürüldüyü haqqında xəbər çıxmışdı.

Habelə mayın 30-da Ukrayna təhlükəsiz xidməti Babçenkonun “qətlinin” xüsusi əməliyyatın bir hissəsi olduğunu açıqlayıb.

Jurnalist özü mətbuat konfransında çıxış edərək, səbəb olduğu narahatlığa və həyəcana görə həmkarlarından və həyat yoldaşından üzr istəyib.

Təhlükəsizlik xidməti bildirib ki, Babçenkoya qarşı sui-qəsdin təşkilatçıları Rusiyanın xüsusi xidmət orqanları olub.

Sui-qəsdin təşkilatçısının həbs olunduğu bildirilir. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top