Azərbaycan vətəndaşları artıq Serbiyaya vizasız səfər edə biləcəklər. Bu barədə Serbiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Belə ki, Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etmək barədə qərar qəbul edib. Məlumata görə, Azərbaycan vətəndaşları artıq bu fürsətdən gələn aydan yararlana biləcəklər. Belə ki, Azərbaycan vətəndaşları iyunun 2-dən Serbiyaya vizasız səfər edə biləcəklər. (Modern.az)