“Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəndə Dağlıq Qarabağ münaqişəsi barədə də danışdıq”.
Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, məsələnin sülh yolu ilə nizamlanması yeganə həll yolu olduğunu qeyd etmək vacibdir: “Bu, real olaraq həllə gətirib çıxara bilər. Heç bir güc həll yolu yoxdur. Fikrimcə, bu, təkcə Ermənistanın deyil, həm də Rusiyanın prinsipial mövqeyidir”.
N. Paşinyan əlavə edib ki, V. Putinlə görüşdə Rusiyanın Azərbaycana silah tədarükü mövzusuna da toxunub: “Bu məsələ ilə bağlı konstruktiv müzakirəmiz oldu. Mən Putinin bu barədə nə dediyini söyləyə bilmərəm.