ABŞ Rusiyaya qarşı sanksiyaları Moskvanın Donbasdan qüvvələrini çıxaracağı və Krımın nəzarətini Kiyevə verəcəyi vaxt ləğv edəcək.
TASS agentliyi xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.
O bildirib ki, ABŞ Fransa, Almaniya və Ukrayna ilə birlikdə Ukraynanın şərqində sülhün bərpası imkanları üzərində işləyiblər.
“Eyni zamanda, Rusiya real əməkdaşlıqdan imtina edib və bizim cəhdlərimiz yanvardan başlayaraq dayanıb”, - Heyli qeyd edib.
Avropa Birliyi, ABŞ və bir sıra ölkələr Krımın Rusiyaya birləşdirilməsi, Ukraynanın şərqindəki münaqişə ilə bağlı 2014-cü ildən başlayaraq, Rusiyaya qarşı sanksiyalar tətbiq edir.
(Oxu.az)