Salah dünya çempionatına kimi sağalacağına əmindir

Çempionlar Liqasının final matçında çiynindən ağır zədələnmiş “Liverpul” klubunun misirli forvardı Məhəmməd Salah Rusiyada keçiriləcək Dünya çempionatına kimi sağalacağına əmindir.

Bu haqda “Euronews” məlumat yayıb.

Çərşənbə axşamı futbolçu Valensiyaya gəlib. İspaniyalı həkimlər onun müalicəsinə öz öhdələrinə götürüb.

Rentgen müayinəsinin nəticələri onun ən mötəbər futbol turnirində iştirakına nikbin baxmağa imkan verir. Misir yığmasının həkim heyəti də onun tezliklə sağalacağına inanır.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top