Azərbaycanda qadın işçilərin sayının kişi işçilərin sayından çox olduğu sahələrin başınada səhiyyə sahəsi gəlməkdədir. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, səhiyyə sahəsində çalışan muzdlu işçilərin 77%-ini qadınlar, 23%-ini isə kişilər təşkil edir.
Qadın işçilərin sayı kişi işçilərin sayından təhsil sahəsində də çoxdur. Bekə ki, təhsil sahəsində çalışanların 73%-i qadınlardan, 23%-i isə kişilərdən ibarətdir.
Bunlardan başqa qadınların sayı istirahət, əyləncə və incəsənət sahəsində də kişilərin sayından çox olub. Bu sahədə işləyən ümumi işçilərin 62,5%-i qadınların payına düşüb.
Digər sahələrdə isə kişi işçilərin sayı qadın işçilərin sayından çox olub. Qadınların ən az sayda olduğu iş sahəsinin başında tikinti sahəsi dayanır. Tikinti sahəsində çalışanların cəmi 7,2%-ni qadınlar təşkil edib.
Eyni zamanda kənd təsərrüfatı sahəsində çalışan muzdlu işçilərin 20,7%-ni qadınlar təşkil edib. Bu göstərici mədənçıxarma sənayesində 13,3%-ə, ermal sənayesində 23,6%-ə, ticarət sahəsində 24,6%-ə, turizm sahəsində 30,5%-ə, maliyyə və sığorta sahəsində isə 33,2%-ə bərabər olub.