Bakıda bəzi yollar bağlanacaq

Bu gün saat 11:00-dan axşam saatlarına qədər Bakının Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından Hava limanı yol qovşağına qədər olan hissəsində, saat 23:00-dan səhər saatlarına qədər isə əks istiqamət üzrə üfiqi nişan lanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq. Bu barədə Yeniavaz.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu məqsədlə prospektin sözügedən hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən göstərilən vaxt ərzində Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top