Cocuq Mərcanlıda yeni şirkət yaradılıb


Vergilər Nazirliyi mayın 21-də “Cocuq Mərcanlı İcma” MMC-ni dövlət qeydiyyatına alıb. Nazirlikdən verilən məlumata görə, yeni şirkətin hüquqi ünvanı Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi, nizamnamə kapitalı 5 manat, qanuni təmsilçisi isə Oqtay Əbil oğlu Həziyevdir.

Qeyd edək ki, Oqtay Həziyev 20 ildir ki, Cocuq Mərcanlıda yaşayır.

O, prezident İlham Əliyevin ötən il iyunun 14-də imzaladığı sərəncamla 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top