ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ Şimali Koreyaya qarşı həm Rusiya və Çin şirkətlərinə təsir edə biləcək sərt sanksiyalar paketi hazırlayıb.

Bu barədə Wall Street Journalməlumat yayıb.

Lakin onların tətbiqi ABŞ prezidenti Donald Trump və KXDR lideri Kim Çen In arasında nəzərdə tutulan görüş haqqında Vaşinqtonda və Pxenyan arasında davam edən danışıqlar nəticəsində ləngiyə bilər.

Məlumatlara görə, ABŞ Maliyyə Nazirliyi xaricdən KXDR vəsait gəlirlərinin miqyasını azaltmaq üçün, Rusiya və Çin şirkətləri daxil olmaqla, 30-dan çox şirkətə qarşı yönəlmiş sanksiyalar paketi hazırlayıb. Ağ ev çərşənbə axşamı sanksiyaları tətbiq ediləcəyini açıqlaya bilər, ancaq bu məsələnin təxirə salınacağı gözlənilir.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top