Paraqvay prezidenti istefa verib

Paraqvay prezidenti Orasio Kartes vaxtından əvvəl dövlət başçısı postunu tərk etməyi qərara alıb.

Onun prezidentlik müddəti bu ilin avqustunda bitəcəkdi. Prezident səlahiyyətlərini müvəqqəti olaraq ölkənin vitse-prezidenti Alisiya Puçeta icra edəcək.

Paraqvay Konstitusiyasına əsasən, ölkə başçısı vəzifəsini tərk etdikdən sonra fəaliyyətini senatda davam etdirə bilər.

Qeyd edək ki, Orasio Kartes, 2013-ci ilin avqust ayından Paraqvayın prezidenti vəzifəsini tuturdu. Bu ilin aprelində keçirilən seçkilərdə isə Mario Abdo Benites ölkənin yeni prezidenti seçilib. O vəzifəsinin icrasına avqustun 15-də başlayacaq. (APA)

DİGƏR XƏBƏRLƏR

Top