İsraildə "erməni soyqırımı" ilə bağlı önəmli qərar

1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanımağı nəzərdə tutan qanun layihəsi İsrail parlamentinin gündəliyindən çıxarılıb. Yeniavaz.com-un "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu İsrail parlamentinin sözçüsü Yuli Edelşteyn deyib. Onun sözlərinə görə, qanun layihəsinin deputatlar tərəfindən qəbul edilməməsi əndişəsinə görə gündəlikdən çıxarılıb. Xatırladaq ki, Türkiyə İsrail hərbçilərinin Qəzza zolağında fələstinliləri öldürməsini sərt tənqid etdiyinə görə qanun layihəsi gündəmə gəlmişdi.

DİGƏR XƏBƏRLƏR

Top