Parisdən Qarabağ açıqlaması: Hazırıq

Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanmasının irəliləməsinə xidmət edən istənilən qərarı dəstəkləməyə hazırdır. Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian İrəvanda erməni həmkarı ilə keçirdiyi brifinqdə deyib. O bildirib: “Mən dünən də demişəm və bu gün də deyirəm: Fransa əmindir ki, Dağlıq Qarabağ münaqişəsini güc yolu ilə həll etmək mümkün deyil. Paris Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yollarının axtarışına kömək etməyə hazırdır. Nə status-kvo, nə də güc variantı münaqişənin həll yolu deyil. Dinc nizamlanmaya alternativ yoxdur, məsələyə praqmatik və kreativ yanaşmaq lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top